Bank Of Baku

Müəllimlərin işə qəbulu ilə bağlı müsabiqə keçirilmiş bütün fənlər üzrə boş qalan və imtina olunan yerlərin seçimi aparılacaq

Müəllimlərin işə qəbulu ilə bağlı müsabiqə keçirilmiş bütün fənlər üzrə boş qalan və imtina olunan yerlərin seçimi aparılacaq
# 30 avqust 2012 07:23 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Ümumi təhsil müəssisələri və peşə liseylərindəki vakant yerlərə müəllimlərin işə qəbulu ilə bağlı müsabiqə keçirilmiş bütün fənlər üzrə boş qalan və imtina olunan yerlərin seçimi aparılacaq. APA-nın Təhsil nazirliyinin rəsmi saytına istinadən xəbərinə görə, müsabiqədə iştirak edərək heç bir yerə qəbul olunmayan və ya qəbul olunduğu yerdən imtina edən iştirakçılar sentyabrın 3-dən 7-dək “Şəxsi səhifə”lərinə daxil olmaqla ən çoxu 4 yer seçə bilərlər. Həmin müddət ərzində iştirakçılara seçimlərini dəyişmək imkanı da verilir. Seçim etmək imkanı sentyabrın 7-də saat 18.00-da başa çatacaq və yerləşdirmə aparılacaq. Yerləşdirmənin nəticələri dərhal bu mərhələdə iştirak edənlərin “Şəxsi səhifə”lərinə göndəriləcək.

İşə qəbul olunanlar, imtahan nəticələri ləğv edilənlər və müəyyənləşdirilmiş keçid balını toplamayanlar bu mərhələdə iştirak edə bilməzlər. Müsabiqənin nəticələri ilə bağlı apelyasiya şikayətinə sentyabrın 3-7-si tarixlərində baxılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR