Azərbaycanlı leytenant Gülhanə Hərbi Tibb Akademiyasının ikincisi olub - FOTO
30 avqust 2012 08:00 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Türkiyənin Gülhanə Hərbi Tibb Akademiyasının 32-ci buraxılış mərasimi keçirilib. APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, azərbaycanlı leytenant Hikmət Sərhətov akademiyanı böyük uğurla – ali məktəb ikincisi olmaqla bitirib. Ona akademiyanın diplomunu bu ölkənin baş naziri Rəcəb Tayyib Ərdoğan təqdim edib.
Orta təhsilini Azərbaycanda almış H. Sərhətov 10 uşaqlı ailənin səkkizinci övladıdır.
Qeyd edək ki, akademiyanın bu il üçün birincisi türkiyəli Ömər Kuzu olub. Ona diplomu Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək təqdim edib. Prezident Abdulla Gül səhhətindəki problemlə əlaqədar mərasimə qatılmayıb. Tədbirdə Türkiyə Ordusunun rəhbərliyi də iştirak edib.

Sosial
Alkoqol və narkotiklə əlaqədar tibbi müayinədən keçməli olan dəmiryol işçiləri müəyyənləşib
18:21
23 may 2024
Şimali Kiprdə şəhid övladları üçün yay düşərgəsi təşkil ediləcək
18:06
23 may 2024
UNEC-in təşkilatçılığı ilə İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların VI Beynəlxalq Elmi Konfransı keçirilir
17:36
23 may 2024
Şimali Kiprdən olan şəhid ailələri Xocalı və Ağdamda olublar - FOTO
16:36
23 may 2024