Bank Of Baku

Gənclər və İdman Nazirliyinin gənclərlə əməkdaşlıq sahəsində 50-yə yaxın ölkə ilə sazişləri var

Gənclər və İdman Nazirliyinin gənclərlə əməkdaşlıq sahəsində 50-yə yaxın ölkə ilə sazişləri var
# 30 avqust 2012 12:00 (UTC +04:00)
Bakı. Etibar Məmmədov-APA. Gənclər və İdman Nazirliyinin gənclərlə əməkdaşlıq sahəsində təxminən 50-yə yaxın ölkə ilə sazişləri var. Bu sazişlər bu ölkələrlə təcrübə və informasiya mübadiləsini, eyni zamanda gənclər və tələbələr arasında mübadilələri nəzərdə tutur”. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında gənclər və idman nazirinin müavini İntiqam Babayev deyib. Onun sözlərinə görə, Gənclər və İdman Nazirliyi gənclər mübadiləsinin qarşılıqlı olmasına səy göstərir: “Yəni mütləq şəkildə həm digər ölkələrdən olan gənclər Azərbaycana gəlir, ölkəmizlə tanış olur, həmçinin Azərbaycan gəncləri qarşılıqlı olaraq həmin ölkələrə gedirlər. Gənclərimiz orada öz təcrübəsini artırırlar, yeni əlaqələr qururlar”.

İ. Babayev qeyd edib ki, yaxın zamanlarda Azərbaycan gənclərindən ibarət heyət Misirdə səfərdə olacaq. Mərakeşli tələbələrin Azərbaycana səfərini və qarşılıqlı olaraq gənclərimizin həmin ölkədə səfərdə olduqlarını xatırladan nazir müavini, belə mübadilələrin hər il təşkil ediləcəyini vurğulayıb.

Qeyd edək ki, bir qrup misirli tələbə Azərbaycanda səfərdədir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR