Bank Of Baku

2011-2012-ci tədris ilində 421 nəfər azərbaycanlı gənc xaricdə təhsil almaq hüququ qazanıb

2011-2012-ci tədris ilində 421 nəfər azərbaycanlı gənc xaricdə təhsil almaq hüququ qazanıb
# 17 sentyabr 2012 09:15 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 2011-2012-ci tədris ilində 421 nəfər azərbaycanlı gənc təhsil almaq hüququ qazanıb. Təhsil Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bununla da dövlət proqramı üzrə təhsil alan tələbələrin sayı ümumilikdə 1204 nəfərə çatıb.

Hazırda proqram çərçivəsində 23 ölkənin 200-ə yaxın universitetində 825 nəfər azərbaycanlı tələbə təhsil alır. Bu tələbələrin böyük əksəriyyəti tibb, mühəndislik, iqtisadiyyat və idarəetmə, informasiya və kommunikasiya texnologiyaları sahələri üzrə oxuyurlar. Dövlət proqramı çərçivəsində təhsil alan 322 nəfər soydaşımız isə artıq təhsilini başa vurub. Ümumilikdə isə proqram və digər mənbələr hesabına hazırda 10700 nəfər azərbaycanlı gənc dünyanın aparıcı universitetlərində müxtəlif ixtisaslara yiyələnir.

Qeyd edək ki, hazırda Azərbaycanın universitetlərində 5590 nəfər əcnəbi tələbə bakalavriatura, magistratura və doktorantura səviyyələrində təhsil almaqdadır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR