“Çudo Peçka” – Dövlət Komitəsi çəkişməsi davam edir - ARAŞDIRMA
Bakı. Kəmalə Quliyeva – APA. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi “Çudo Peçka” MMC-yə məxsus istehsal sahələrində apardığı son yoxlamalar nəticəsində müəssisənin istehsal etdiyi məhsulların insan sağlamlığı üçün təhlükə yaratdığını açıqlayıb. Buna baxmayaraq, “Çudo Peçka” öz fəaliyyətini əvvəlki qaydada davam etdirir. Belə olan halda, sual yaranır: Komitənin aşkar etdiyi faktlar həqiqəti əks etdirirsə, onda “Çudo Peçka” niyə hələ də fəaliyyətdədir? Əks etdirmirsə, onda Komitənin bu məlumatı yaymaqda məqsədi nədir?
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı APA-ya açıqlamasında deyib ki, hazırda Komitə yanında Texniki Tənzimlənmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən “Çudo Peçka” MMC-yə məxsus istehsal sahələrində və müəssisələrində dövlət nəzarəti tədbirləri davam etdirilir: “Alınan ən son məlumata görə, “Çudo Peçka” MMC-nin istehsal sahələrindən götürülmüş laborator sınaqların nəticələri yenidən normativ standartlara uyğun gəlməyib. Hazırda bütün faktlar toplanır, istehsalın dayandırılması və qadağan edilməsi ilə bağlı müəssisəyə tələbnamə verildikdən sonra bu barədə ictimaiyyətə daha geniş, müfəssəl məlumat veriləcək. Qanunvericiliyin, xüsusən də İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun olaraq, müəssisəyə qarşı ciddi cəza tədbirlərinin görülməsi gözlənilir. Standartlara cavab verməyən məhsulların istehsalı dayandırılacaq”.
F. Talıblı deyib ki, ümumilikdə “Çudo Peçka”nın fəaliyyətinin dayandırılması gündəmdə deyil: “Çudo Peçka” vergi ödəyicisi olaraq sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Biz ancaq istehsala nəzarət edirik. İstehsal normativ standartlara uyğun həyata keçirilməlidir. İstehsal o zaman dayanır ki, həmin tələblər pozulur. Müəssisə qanun qarşısında cavab verdikdən və öz buraxdığı səhvləri aradan qaldırdıqdan sonra istehsal davam etdiriləcək”.
“Çudo Peçka”ya qarşı yönələn bu addımların şirkəti bazardan çıxarmağa yönələn qara piar olmasına dair fikirlərə gəlincə, F. Talıblı deyib ki, bu, kökündən yanlış münasibətdir: “Mən çox təəssüf edirəm ki, bu fikirləri söyləyənlər hələ də var. Azərbaycanda istehsal sahələrinin, sahibkarlığın inkişafı üçün çox münbit şərait yaranıb. Komitə də bu sahibkarlığın inkişafında başlıca rol oynayan dövlət qurumlarından sayılır. Belə yoxlamalar heç kim bazardan çıxarmaq niyyəti daşımır. Aparılan araşdırmanın nəticəsində aşkar olunan faktlar şəkillərdə və fotolarda öz əksini tapıb. Təbii ki, burada qərəzdən söhbət gedə bilməz. Təəssüf ki, o sözü deyənlər müsbəti yox, mənfini görmək niyyətində olan adamlardır”.
“Çudo Peçka” MMC-nin mətbuat xidmətinin rəhbəri Vüqar Baba isə APA-ya deyib ki, müəssisə baş verənlərlə bağlı hələlik rəsmi açıqlama vermək niyyətində deyil: “Bunun üçün Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin aşkarladığı faktların MMC-yə təqdim olunması gözlənilir. Rəsmi açıqlama bundan sonra veriləcək”.
Buna baxmayaraq, “Çudo Peçka”-nın “Facebook”dakı rəsmi səhifəsində şirkətin mövqeyi müəyyən qədər açıqlanıb: “Ötən həftə mediada barəmizdə yazılan neqativ yazı və göstərilən fotolar barədə sizlərə izahat verməyi özümüzə borc bildik. Onu bildirək ki, yazılan məlumatlar və göstərilən fotolar həqiqəti təhrif edir. Belə ki, o yazı və fotolar "Çudo Peçka"ya Standartlaşdırma Komitəsi tərəfindən heç bir şifahi və ya yazılı bildiriş olmadan yayımlanıb. Yəni, bizim özümüzə belə bir halın yaşandığı barədə onlar tərəfindən rəsmi məlumat verilməyib. Ona görə də, deyilənlərə rəsmi cavab vermək üçün Komitə tərəfindən rəsmi sənəd gözləyirik. Digər tərəfdən, orada fotolarda ətlə bağlı xoşagəlməz görüntülər də dəqiq deyil. Hər gün "Çudo Peçka"ya ət gəlir, komissiya üzvləri o əti yoxlamadan keçirərək ya qəbul edir, ya da geri göndərir. Həmin ət hissəsi isə qəbul edilməyib sexin bayır tərəfinə geri qaytarılmaq üçün qoyulmuş ət olub. Komitə üzvləri isə həmin ətin şəkillərini çəkib. Elə Komitənin əməkdaşlarının gözü qarşısında qəbul olunmamış ət onu gətirən maşına yüklənərək geri qaytarılıb. "Çudo Peçka" mağaza-kafelərində əksər məhsullar cəmi bir gün saxlanılır. Axşam satışdan çıxarılır, səhər tezdən mağazalara gələn maşına yüklənərək məhv edilməsi üçün baş ofisə göndərilir. Biz bir ildir ki, mağaza-kafelərimizi bir-bir təmir edirik. Artıq əksər mağazalarımız təmir olunub. Çox az sayda mağaza-kafe qalıb ki, təmir olunmasın. Fotolar həmin təmir olunmayan sexlərin birində çəkilib. Fotolardakı səliqəsizlik buna görədir. Digər mağaza-kafelərimizin mətbəxi, sexi ilə özümüz sizləri tanış edəcəyik”.
Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseyn isə APA-ya açıqlamasında deyib ki, müxtəlif dövlət orqanları tərəfindən ayrı-ayrı müəssisələrə və məhsullara qarşı vaxtaşırı belə hücumlar olur: “Onların hər birinin gördüyü iş zəruridir, lakin qənaətbəxş deyil. Ona görə zəruridir ki, ölkədə bundan daha da ağır olan faktlar, məsələn, insanlara murdar leşlərin yedizdirilməsi kimi hallar var. “Çudo Peçka” bu işdə tək deyil. Ölkədəki əksər müəssisələrin vəziyyəti belədir. Hətta bəlkə də un məmulatları sektorunda “Çudo Peçka”ən yaxşılarından biridir. Amma ondan da bizə tez-tez şikayətlər gəlir. Azərbaycan hökumətinin istehlakçı hüquqlarının qorunması sahəsində səhv siyasəti var. Gərək istehlakçı siyasətində kökündən dəyişiklik edilsin. Azərbaycan prezidenti də Nazirlər Kabinetinin iclaslarında dəfələrlə bu problemlə əlaqədar öz narahatlığını bildirib. Lakin bu işi həyata keçirən dövlət orqanları effektli işlər görmür. Nə qədər ki, məmur bizneslə məşğuldur, nə qədər ki, müstəqil ekspertiza yoxdur, bu işlər davam edəcək. Bu halların qarşısını almaq üçün ölkədə effektli istehlakçı siyasəti həyata keçirilməlidir”.
E. Hüseyn deyib ki, bəzən bazarda haqsız rəqabət yaratmaq üçün dövlət rıçaqlarından istifadə edilir: “Təəssüf ki, ölkədə belə hallar var. Bazara hansısa monopolistin girməsi üçün şərait yaradılır. Bu, Azərbaycan bazarında reallıqlarından biridir”.
Sosial
Baş prokuror Balakən rayonunda vətəndaşları qəbul edib
Elektron siqaretlərin mülki dövriyyəsi qadağan edilir
SN Bakıda qulaqdibi xəstəliyinin yayılması ilə bağlı məlumatlara aydınlıq gətirib, valideynlərə çağırış edib
Valyutanın xaricdən qaytarılmamasına görə cərimə dəyişir, məsuliyyətdən azad edilmə halı olacaq
Xəbər Lenti
ADY-də son 6 ayda kükürd daşımaları 31% artıb
Bakıda 6 avtobus marşrutu alternativ küçələrə yönləndirilib
“AzerTelecom” və “DE-CIX”in əməkdaşlığı ilə internet mübadiləsi mərkəzi – “AZE-İX” istifadəyə verilir
Bakıda Eqmont Qrupunun 32-ci plenar iclası keçirilib
Bu il kirayə mexanizmi ilə satılan mənzillərin sayı məlum olub
Azərbaycandan tranzit keçməklə Ermənistana propan və gübrə göndərilib - YENİLƏNİB - FOTO
Baş prokuror Balakən rayonunda vətəndaşları qəbul edib
Elektron siqaretlərin mülki dövriyyəsi qadağan edilir
Göygöldə 86 yaşlı qadının meyiti tapılıb
Tbilisidə terrorizmdə ittiham olunan müxalif siyasətçiyə 13 il həbs cəzası verilib
Bakıda yarımstansiyadan 10 min manatlıq oğurluq edilib - VİDEO
Sahibə Qafarova Pİ-nin yüksək səviyyəli dialoqunda çıxış edib
Gələn həftə Parisdə “İstəklilər Koalisiyası”nın toplantısı keçiriləcək
Maliyyə Nazirliyi depozit hərraclarını yenidən bərpa edib
"City Garden Narimanov"da premium mənzillər 36 ayadək faizsiz kredit və 20 ilədək ipoteka imkanı ilə - "Kristal!"
Latviya Konstitusiya Məhkəməsinin sədri Azərbaycana gəlib
DÇ-26: İspaniya millisi Belçika ilə üz-üzə gələcək
SN Bakıda qulaqdibi xəstəliyinin yayılması ilə bağlı məlumatlara aydınlıq gətirib, valideynlərə çağırış edib
Rusiya MN: Son bir həftədə Ukraynanın 5000-ə yaxın dronu vurulub
Peskov Ukraynanın sülh prosesinə meylli olmadığını bildirib
"İnnovasiya və Süni İntellekt" üzrə təqaüd proqramının qalibləri ilə görüş keçirilib - FOTO
Agentlik xaricdə təhsil şirkətləri ilə bağlı müraciət edib
Rəsmi Moskva: Rusiya bazarında yanacaq çatışmazlığı var
Kreml Türkiyənin Rusiyadan aldığı S-400-ləri satması məsələsinə münasibət bildirib
Moskva vilayətində raket təhlükəsi elan olunub
Milli Məclisin növbəti iclasının tarixi açıqlanıb
Enerji Effektivliyi İnformasiya Sistemi Enerji effektivliyi fondunun vəsaiti hesabına maliyyələşdiriləcək
Valyutanın xaricdən qaytarılmamasına görə cərimə dəyişir, məsuliyyətdən azad edilmə halı olacaq
Əcnəbilərin Azərbaycanda müvəqqəti olma müddətinin uzadılması prosedurları elektronlaşdırılır
“AzerGold” turizm blogerləri üçün Daşkəsən rayonuna və ÇİRES-ə infotur təşkil edib
Kamilo Duran "Qarabağ"dan "Seltik"ə transfer olunub
Toxumçuluq haqqında qanunvericiliyin pozulmasına görə yeni cərimələr tətbiq olunacaq
Daşınmaz əmlakla bağlı ünvanlanan sorğulara cavab verilməməsinə görə cərimə müəyyənləşir
Qumar oyununda təkrar iştirak etməyə görə inzibati həbs tətbiq olunacaq
Kibertəhlükəsizliyə dair tələblərin pozulmasına görə cərimələr müəyyənləşir
Daşınmaz əmlakın dövlət reyestri və kadastrı vahid sistemdə birləşdiriləcək
Sabah 38 dərəcə isti olacaq
Bakıda "Media və dekolonizasiya" mövzusunda beynəlxalq konfrans keçiriləcək
Cinayət mühakimə icraatında həbs qoyulan əmlaka dair qərar məhkəmə nəzarəti qaydasında mübahisələndiriləcək
ING: Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini uzun müddət dəyişməz saxlaya bilər
Akvakultura təsərrüfatlarının qeydiyyat şəhadətnaməsi üçün rüsum müəyyənləşir
Xarici dövlətlərin fiziki və hüquqi şəxslərinin Azərbaycanın su bioresurslarından istifadə qaydası müəyyən ediləcək
Balıqçılıq məhsullarının yeni satış qaydası müəyyənləşir
Akvakultura fəaliyyəti üçün qeydiyyat şəhadətnaməsi və Biotexnoloji Layihə Sənədi tələb olunacaq
“Balıqçılıq haqqında” yeni qanun layihəsi hazırlanıb, idarəetmə rəqəmsallaşdırılacaq, izlənmə mexanizmləri yaradılacaq
XİN rəhbərinin müavini Yuta və Kaliforniya ştatlarında işgüzar səfərdə olub
FHN taxıl biçini mövsümündə yanğın təhlükəsizliyinə dair müraciət edib - VİDEO