Bank Of Baku

Beynəlxalq Atom Enerjisi Agentliyinin Baş Konfransı keçirilir

Beynəlxalq Atom Enerjisi Agentliyinin Baş Konfransı keçirilir
# 18 sentyabr 2012 08:00 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. Vyanada Beynəlxalq Atom Enerjisi Agentliyinin Baş Konfransı başlayıb. APA-nın xəbərinə görə, toplantıda 155 üzv ölkənin nümayəndə heyətləri iştirak edir. Agentliyin rəhbəri Yukio Amano çıxışında bildirib ki, son proqnozlara əsasən yaxın 20 il ərzində atom elektrik stansiyalarının sayı artacaq: “İnşası planlaşdırılan və ya artıq inşa olunan yeni atom reaktorlarının çoxu Asiyadadır. Çin, Koreya Respublikası və Rusiya kimi ənənəvi istifadəçilər öz nüvə-enerji proqramlarını genişləndirməyi planlaşdırırlar. İnkişaf etməkdə olan ölkələr də nüvə energetikasına böyük maraq göstərməyə davam edirlər”.

Y. Amano gələn ilin iyun ayında Sankt-Peterburqda nazirlər səviyyəsində XXI əsrdə nüvə təhlükəsizliyinə həsr olunmuş beynəlxalq konfrans keçiriləcəyini açıqlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR