Bank Of Baku

Azərbaycan ərazisində isti hava şəraiti davam edəcək

Azərbaycan ərazisində isti hava şəraiti davam edəcək
# 18 sentyabr 2012 09:43 (UTC +04:00)
Şimal-şərq küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, havanın temperaturu gecə 17-21, gündüz 27-31 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında sentyabrın 19-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam Böyük Qafqazın bəzi dağlıq ərazilərində şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 16-210, gündüz 28-33, dağlarda gecə 9-14, gündüz 18-23 dərəcə isti olacaq.

Yaxın 2 gündə ölkə ərazisində nisbətən isti hava şəraitinin davam edəcəyi, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və axşam Böyük Qafqazın bəzi dağlıq ərazilərində şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Temperatur rejimində mühüm dəyişiklik gözlənilmir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR