Bank Of Baku

“Milli arxiv fondu” haqqında qanuna dəyişikliklər layihəsi müzakirə edilib

“Milli arxiv fondu” haqqında qanuna dəyişikliklər layihəsi müzakirə edilib
# 18 sentyabr 2012 11:43 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Milli Məclisin Mədəniyyət komitəsinin iclasında “Milli arxiv fondu” haqqında qanuna dəyişikliklər layihəsi müzakirəyə çıxarılıb. APA-nın xəbərinə görə, dəyişiklik barədə məlumat verən komitə sədri Nizami Cəfərov bildirib ki, layihə Azərbaycan prezidentinin imzası ilə Milli Məclisə daxil olub.

Dəyişikliyə əsasən fövqəladə hallar orqanlarına əlavə səlahiyyətlər verilir. Qanunun 8 maddəsində əlavə olaraq göstərilir ki, milli təhlükəsizlik, sərhəd xidməti, miqrasiya xidməti, penitensiar xidmət, xarici işlər, daxili işlər orqanları və müdafiə sahəsində fəaliyyət göstərən dövlət orqanları ilə yanaşı, fövqəladə hallar orqanlarında da arxiv fondlarının mühafizəsi həmin orqanların özləri tərəfindən həyata keçiriləcək.

Müzakirə zamanı deputat Rafael Hüseynov bildirib ki, bu qanuna gələcəkdə də əlavə və dəyişikliklər edilməsi vacibdir: “Yəni həmin arxivlərdə elmi-tədqiqat işlərinin aparılması üçün qanunda dəyişikliklər edilməlidir”.

Müzakirələrdən sonra dəyişikliklər parlamentin plenar iclasına tövsiyə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR