Bank Of Baku

Astarada əmək yarmarkası keçirilib

Astarada əmək yarmarkası keçirilib
# 18 sentyabr 2012 11:48 (UTC +04:00)
Astara. Ağəddin Babayev – APA. Bu gün Azərbaycanın Astara şəhərində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Baş Məşğulluq İdarəsinin tədbirlər planına müvafiq olaraq növbəti əmək yarmarkası keçirilib.

Astara Rayon Məşğulluq Mərkəzinin direktoru Zeynulla Şükürovun APA-nın cənub bürosuna verdiyi məlumata görə, tədbirin keçirilməsində əsas məqsəd rayonda olan əmək qabiliyyətli qeyri-məşğul əhalinin sosial müdafiəsini gücləndirmək və onların işlə təmin edilməsinə kömək göstərmək olub.

Yarmarkada iştirak edən vətəndaşlara 15 dövlət, 10 özəl müəssisə və təşkilat tərəfindən 200 boş iş yeri təqdim olunub. Bu iş yerlərinə görə 95 manatdan 568 manatadək əmək haqqı təklif edilib. 320-yə yaxın işaxtaran və işsiz vətəndaşın iştirak etdiyi yarmarkanın sonunda 60 nəfərə daimi iş yerinə göndəriş verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR