Bank Of Baku

Bakıda “Nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi perspektivləri” mövzusunda beynəlxalq konfrans keçiriləcək

Bakıda “Nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi perspektivləri” mövzusunda beynəlxalq konfrans keçiriləcək
# 19 sentyabr 2012 09:12 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Noyabrın 19-da Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun birgə təşkilatçılığı ilə “Nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi perspektivləri” mövzusunda V beynəlxalq konfrans başlayacaq. AMEA-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, üç gün davam edəcək konfransda dünyanın bir sıra ölkələrindən alimlərin iştirakı gözlənilir. Beynəlxalq tədbirdə həmçinin dünyanın qabaqcıl elmi mərkəzlərində nüvə enerjisi sahəsində çalışan, əslən azərbaycanlı olan alimlər də məruzələrlə çıxış edəcəklər.
Konfransda nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi, nüvə fizikası, nüvə və radiasiya təhlükəsizliyi, radioekologiya, nüvə və radioizotoplu texnologiya və metodların tətbiqi, nüvə biliklərinin toplanması və istifadəsi mövzularında məruzələr dinləniləcək, müzakirələr aparılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR