Bank Of Baku

Sabah Bakıda 6-cı Azərbaycan Beynəlxalq Təhsil və Karyera sərgisi açılacaq - FOTO

Sabah Bakıda 6-cı Azərbaycan Beynəlxalq Təhsil və Karyera sərgisi açılacaq - <font color=red>FOTO</font>
# 19 sentyabr 2012 11:59 (UTC +04:00)
APA-nın məlumatına görə, bu tədbirə həsr olunmuş mətbuat konfransında bildirilib ki, bu il sərgidə müxtəlif ixtisaslar üzrə 70-dən çox fakültə, kurs və proqramlar təqdim edən 96 təhsil müəssisəsi iştirak edəcək. Sentyabrın 22-dək davam edəcək sərgiyə dünyanın 20 ölkəsi, o cümlədən Belarus, Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, Koreya, Litva, Malayziya, Ukrayna, İsveçrə, Çexiya və digər ölkələr qoşulub.

“Təhsil və Karyera” sərgisi üzrə koordiator Həmidə Hacıyeva bildirib ki, sərgi təhsil sahəsində Təhsil Nazirliyinin rəsmi dəstəyi ilə təşkil olunan yeganə tədbirdir. Onun sözlərinə görə, sərgidə Litva 11 məşhur təhsil müəssisəsi ilə iştirak edəcək. Belarus Milli Qrupuna həmin ölkənin 8 ali təhsil müəssisəsi daxil olacaq. Ukrayna isə 6 qabaqcıl universitetini təqdim edəcək: “Azərbaycanda təhsil isə paytaxt və regionların dövlət və özəl ali təhsil müəssisələri tərəfindən təqdim ediləcək. Bunların arasında Azərbaycan Universitetini, Təfəkkür Universitetini qeyd etmək mümkündür. Kompüter texnologiyaları sahəsində mütəxəssislər hazırlayan və ölkənin ixtisaslaşdırılmış təhsil müəssisəsi sayılan Bakı Kompüter Kolleci isə bu ilin debütantıdır”.

Tədbirdə çıxış edən təhsil nazirinin müavini Qulu Novruzov bildirib ki, Azərbaycan dünyanın bir çox ölkələrində təhsil sərgiləri keçirməyi planlaşdırır. Onun sözlərinə görə, yaxın vaxtlarda İordaniyada Azərbaycanın təhsil müəssisələrinin sərgisi təşkil ediləcək. Sərgidə Azərbaycanın 20-dək təhsil müəssisəsi iştirak edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR