Bank Of Baku

Ötən ay Azərbaycanda 135 qida zəhərlənməsi hadisəsi baş verib

Ötən ay Azərbaycanda 135 qida zəhərlənməsi hadisəsi baş verib
# 19 sentyabr 2012 12:51 (UTC +04:00)
Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən APA-ya verilən məlumata görə, 32 obyektin istismarının dayandırılması barədə qərar qəbul edilib , 40 nəfər işdən müvəqqəti kənarlaşdırılıb.

Orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə 926, mikrobioloji göstəricilərinə görə 832, toksikoloji göstəricilərinə görə 328, radioloji göstəricilərinə görə 14 yeyinti məhsulu nümunəsi laboratoriya müayinələrinə cəlb olunub. Nümunələrin 9-də orqanoleptik və fiziki-kimyəvi, 11-də mikrobioloji göstəricilərinə görə normalardan kənara çıxma müəyyən olunub. Şadlıq evlərindən 2304 yaxma nümunəsi, 17 soyuq qəlyanaltı nümunəsi götürülüb, 35 yaxma nümunəsində mikrobioloji çirklənmə aşkarlanıb.

Avqust ayı ərzində əhali arasında 135 qida zəhərlənməsi hadisəsi baş verib, 155 nəfər zərərçəkən olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR