Bank Of Baku

Ötən il Azərbaycanın ali məktəblərində 2411 mövzu üzrə fundamental və tətbiqi xarakterli tədqiqatlar aparılıb

Ötən il Azərbaycanın ali məktəblərində 2411 mövzu üzrə fundamental və tətbiqi xarakterli tədqiqatlar aparılıb
# 19 sentyabr 2012 13:10 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı-APA. Azərbaycanda elmlər doktorlarının 59,5 faizi (1243 nəfər), fəlsəfə doktorlarının 62,9 faizi (5869 nəfər), Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 62 həqiqi və müxbir üzvü ali təhsil sistemində çalışır. Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, universitetlərdə dövlət büdcəsindən maliyyələşən 4 elmi-tədqiqat institutu, 4 elmi-tədqiqat mərkəzi, 92 elmi-tədqiqat laboratoriyası və 1 təsərrüfat hesablı elmi-tədqiqat institutu fəaliyyət göstərir.

Ötən il ali məktəblərdə 639 elmi problemi əhatə edən 2411 mövzu üzrə fundamental və tətbiqi xarakterli tədqiqatlar aparılıb, onlardan 1853-ü tamamlanıb. Ali məktəblərdə çalışan alimlərin müəllifliyi ilə 333 monoqrafiya, 309 dərslik, 620 dərs vəsaiti, 1307 adda proqram və metodik ədəbiyyat nəşr olunub. Ötən il 45 ixtiraya patent, o cümlədən 2 Avrasiya patenti alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR