Bank Of Baku

Ağdaşda keçirilən əmək yarmarkasında 127 nəfər işlə təmin olunub

Ağdaşda keçirilən əmək yarmarkasında 127 nəfər işlə təmin olunub
# 19 sentyabr 2012 15:15 (UTC +04:00)
Ağdaş. Elvin Yaqubov - APA. Sentyabrın 19-da Ağdaş rayonunda əmək yarmarkası keçirilib.

APA-nın yerli bürosunun məlumatına görə, əmək yarmarkasında iştirak edən vətəndaşlara 47 müəssisə və təşkilat tərəfindən 285 boş iş yeri təqdim olunub. Boş iş yerlərinə görə 120-250 manat məbləğində əmək haqqı təklif edilib. Yarmarkada iştirak edən 450 nəfərdən 127-si öz istəyinə və ixtisasına uyğun olaraq işə göndəriş alıb.

Qeyd ki, bu ilin 8 ayı ərzində Ağdaş rayon Məşğulluq Mərkəzi tərəfindən 117 nəfər münasib işlə təmin olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR