Bank Of Baku

Kür çayının aşağı axınında suyun səviyyəsi artıb

Kür çayının aşağı axınında suyun səviyyəsi artıb
# 19 sentyabr 2012 16:41 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Kür çayının aşağı axınında suyun səviyyəsində artım müşahidə olunub. APA-nın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, sentyabrın 19-da Kür çayının Surra məntəqəsində 17, Şirvanda 11, Bankədə 10 santimetr artım qeydə alınıb. Salyanda və Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsində dəyişiklik müşahidə edilməyib.

Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 2 santimetr artım olub. Hazırda məntəqədə su sərfi 86 kubmetr/saniyə, ongünlük normanın 62 faizini təşkil edir.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 9 santimetr azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 128 kubmetr/saniyə olmaqla, ongünlük normanın 141 faizini təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR