Bank Of Baku

Azərbaycanla Avstriya arasında əmək, məşğulluq və sosial təminat sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb - FOTO

Azərbaycanla Avstriya arasında əmək, məşğulluq və sosial təminat sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb - <font color=red>FOTO</font>
# 20 sentyabr 2012 09:50 (UTC +04:00)
Bakı-APA. BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının təşkilatçılığı ilə Avstriyanın Vyana şəhərində keçirilən Nazirlər Konfransında iştirak etmək üçün həmin ölkədə səfərdə olan Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov və Avstriyanın federal əmək, sosial işlər və istehlakçıların müdafiəsi naziri Rudolf Hundstrofer tərəfindən iki ölkə arasında əmək, məşğulluq və sosial təminat sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

İki ölkə arasında əmək, məşğulluq və sosial təminat sahələrində fəal əlaqələrin yaradılması və inkişaf etdirilməsi niyyətlərinin ifadə olunduğu Memorandum tərəflərin ən qabaqcıl milli təcrübələrini paylaşmaqla, qarşılıqlı faydalı və ikitərəfli əməkdaşlığın inkişafı istiqamətində səylərinin birləşdirilməsini, qarşılıqlı maraq kəsb edən sahələrdə uğurlu, faydalı və ikitərəfli əməkdaşlığın qurulmasını nəzərdə tutur.

Memoranduma əsasən, iki nazirlik arasında əmək və məşğulluq sahələrində müvafiq qanunvericiliyin təkmilləşdirilməsi, işsiz və işaxtaran vətəndaşların, eləcə də sosial müdafiəyə xüsusi ehtiyacı olan qrupların məşğulluq imkanlarını yaxşılaşdıran aktiv əmək bazarı siyasətinin inkişaf etdirilməsi, onlar üçün əmək bazarının tələblərinə uyğun peşə təliminin təşkili sahələrində əməkdaşlığın həyata keçirilməsi barədə razılığa gəlinib.

Sənəddə həmçinin, əlilliyi olan insanların tibbi və sosial problemlərinin həlli, əlilliyin qiymətləndirilməsi sistemi, əlilliyi olan insanlar üçün peşə təlimi və reabilitasiyanın təşkili məsələlərini nəzərdə tutan əlillik siyasətinin inkişaf etdirilməsi, risk qruplarının inteqrasiyası üzrə tədbirlərin görülməsi, ahıl insanlar və əhalinin sosial müdafiəyə xüsusi ehtiyacı olan qrupları üçün sosial xidmətlərin təşkili və digər sahələrdə əməkdaşlığın həyata keçirilməsi əksini tapıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR