Bank Of Baku

Elmin İnkişafı Fondunun I beynəlxalq xarakterli “Şuşa qrantı” müsabiqəsinin nəticələri sabah elan ediləcək

Elmin İnkişafı Fondunun I beynəlxalq xarakterli “Şuşa qrantı” müsabiqəsinin nəticələri sabah elan ediləcək
# 20 sentyabr 2012 10:01 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun I beynəlxalq xarakterli “Şuşa qrantı” müsabiqəsinin nəticələri sabah elan ediləcək. Fondun icraçı direksiyasından APA-ya verilən xəbərə görə, ötən müddət ərzində müsabiqəyə təqdim olunmuş qrant layihələr ekspertiza mərhələlərindən keçib, qalib layihələr müəyyənləşdirilib.

Müsabiqə Qarabağla, onun simvolu olan Şuşa ilə bağlı elmi tədqiqatları stimullaşdırmaq və beynəlxalq səviyyədə araşdırmaları təmin etmək məqsədilə bu il mayın 8-də elan edilib. 20 il əvvəl məhz 8 may tarixində Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Şuşa Azərbaycanın ən qədim yaşayış məskənlərindən biri, nadir memarlıq nümunələrinin toplandığı şəhər-qala, Qarabağın tacı, mədəniyyət beşiyi sayılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR