Bank Of Baku

Qırğızıstanın Gənclər, Əmək və Məşğulluq Nazirliyinin şöbə müdiri “İrəli”nin qonağı olub

Qırğızıstanın Gənclər, Əmək və Məşğulluq Nazirliyinin şöbə müdiri “İrəli”nin qonağı olub
# 20 sentyabr 2012 10:37 (UTC +04:00)
Bakı-APA. Qırğızıstanın Gənclər, Əmək və Məşğulluq Nazirliyinin Hüquq təminatı şöbəsinin müdiri Ermek Jakyipbekov, “Jetiy–Oğuz” İctimai Birliyinin sədri Medet Becelov və nazirliyin digər əməkdaşlar “İRƏLİ” İctimai Birliyinin qonağı olub. Birlikdən APA-ya verilin məlumata görə, görüşdə “İRƏLİ” İctimai Birliyinin sədri Rauf Mərdiyev, birliyin baş katibi Nərmin Məmmədova, Nəzarət Komissiyasının sədri Xəqani Fərəcov, “İRƏLİ” İdarə Heyətinin nümayəndəsi Cavid Osmanlı, mərkəz rəhbərləri və “İRƏLİ” fəalları iştirak ediblər.

Qonaqları salamlayan “İRƏLİ” İctimai Birliyinin sədri Rauf Mərdiyev birliyin fəaliyyət istiqamətləri, təşkilatın strukturu, həyata keçirilən son layihələr haqda ətraflı məlumat verib.

Eyni zamanda ölkəmizdə gənclər siyasəti sahəsində görülən işlər haqqında ətraflı məlumat verilib və qeyd edilib ki, bu gün gənclərimiz dövlət idarəçiliyi, iqtisadiyyat, mədəniyyət, idman və digər sahələrdə böyük uğurlara imza atır, Azərbaycanı beynəlxalq səviyyədə ləyaqətlə təmsil edirlər.

Həmçinin görüşdə təşkilatın strukturu, fəaliyyət istiqamətləri və layihələri barədə geniş məlumatı özündə əks etdirən təqdimat göstərilib.
Görüş əsnasında müxtəlif sahələrdə birgə görülə biləcək layihələr, gələcək fəaliyyət perspektivləri müzakirə olunub.

Daha sonra qonaqlar “İRƏLİ” Gənclik Mərkəzi ilə tanış olublar və görüşün sonunda xatirə fotosu çəkilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR