Bank Of Baku

BMT-nin baş katibi Ümumdünya Sülh Günü münasibətilə dünya ictimaiyyətinə müraciət edib

BMT-nin baş katibi Ümumdünya Sülh Günü münasibətilə dünya ictimaiyyətinə müraciət edib
# 20 sentyabr 2012 12:18 (UTC +04:00)
Bakı. Anaxanım Hidayətova – APA. 21 sentyabr - Ümumdünya Sülh Günü münasibətilə BMT-nin baş katibi Pan Gi Mun dünya ictimaiyyətinə müraciət edib. BMT Bakı ofisindən APA-ya verilən məlumata görə, baş katib Ümumdünya Sülh Günündə dünyanın hər yerində hərbi əməliyyatların tamamilə dayandırılmasına çağırıb.

P. G. Mun qeyd edib ki, builki Ümumdünya Sülh Gününün mövzusu “Davamlı inkişaf naminə davamlı sülh”dür: “Silahlı qarşıdurmalar davamlı inkişafın ən əsas sütunlarını sarsıdır. Təbii resurslar müharibələri maliyyələşdirmək üçün deyil, cəmiyyətin rifahını yaxşılaşdırmaq üçün istifadə olunmalıdır. Uşaqlar orduya deyil, məktəbə getməlidirlər. Dövlət büdcələri məhvedici silahların hazırlanmasına deyil, insanların əqli qabiliyyətlərin artırılmasına yönəlməlidir. Ümumdünya Sülh Günündə mən bütün müharibə edən tərəfləri münaqişələrin dinc həlli yollarını tapmağa səsləyirəm. Gəlin hər kəs üçün təhlükəsiz, ədalətli və çiçəklənən gələcək uğrunda mübarizə aparaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR