Bank Of Baku

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində TÜSİAB nümayəndələri ilə görüş keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində TÜSİAB nümayəndələri ilə görüş keçirilib
# 21 sentyabr 2012 10:54 (UTC +04:00)
Bakı – APA-Economics. Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) Azərbaycan Türk Sənayeçi və İşadamları Beynəlxalq Cəmiyyətinin (TÜSİAB) nümayəndələri ilə görüş keçirilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, görüşü giriş sözü ilə açan ƏƏSMN yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini Rauf Tağıyev bildirib ki, sentyabrın 11-də Qəbələdə Azərbaycan prezidenti İlham Əliyev və Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçirilən Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının ikinci iclasında ölkələrimiz arasında qardaşlıq, tərəfdaşlıq münasibətlərinin yüksələn xətlə inkişaf etdiyi bir daha təsdiqini tapıb.

Qeyd olunub ki, Türkiyə iş adamlarının yatırımları xüsusən ölkəmizin qeyri-neft sektorunda öz həcminə görə ilk sıralarda yer alıb. Türkiyə iş adamlarının respublikamızda iş qurmalarında Azərbaycan Türk Sənayeçi və İşadamları Beynəlxalq Cəmiyyəti - TÜSİAB önəmli bir rola malikdir. 1994-cü ilin noyabrında qurulan bu təşkilat qardaş ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafına mühüm töhfələr verir. Hazırda TÜSİAB 30 mindən çox işçi tutumuna malik olan 230-dan çox müəssisəni özündə birləşdirir.

Görüşdə türk iş adamlarına məxsus müəssisələrdə əmək qanunvericiliyinə əməl olunması sahəsində vəziyyət təhlil olunub, eyni zamanda, Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən TÜSİAB-a üzv şirkətlərdə əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti həyata keçirilərkən aşkar edilmiş pozuntu faktları, əmək münasibətlərinin əmək müqaviləsi ilə rəsmiləşdirilməsi zərurəti bir daha diqqətə çatdırılıb. Tədbirdə həmçinin əmək qanunvericiliyindən irəli gələn tələblər barədə ətraflı məlumatlar verilib, dövlət nəzarəti həyata keçirilərkən əmək müfəttişləri tərəfindən yoxlanılan norma və qaydalar toplusu TÜSİAB üzvlərinə paylanılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR