Bank Of Baku

Elmin İnkişafı Fondu “Şuşa qrantı” müsabiqəsinin nəticələrini açıqlayıb

Elmin İnkişafı Fondu “Şuşa qrantı” müsabiqəsinin nəticələrini açıqlayıb
# 21 sentyabr 2012 11:08 (UTC +04:00)
APA-nın məlumatına görə, tədbirdə çıxış edən Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev bildirib ki, “Şuşa qrantı” müsabiqəsi bu il mayın 8-də elan edilib: “20 il əvvəl məhz 8 may tarixində Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Şuşa Azərbaycanın ən qədim yaşayış məskənlərindən biri, nadir memarlıq nümunələrinin toplandığı şəhər-qala, Qarabağın tacı, mədəniyyət beşiyi sayılır. Buna görə də məhz həmin tarixdə “Şuşa qrantı”nı təsis etdik. “Şuşa qrantı” Qarabağla, onun simvolu olan Şuşa ilə bağlı elmi tədqiqatları stimullaşdırmaq və beynəlxalq səviyyədə araşdırmaları təmin etmək məqsədilə təsis edilib. Müsabiqənin nəticələrinin elan olunduğu 21 sentyabr tarixi həm də Beynəlxalq Sülh Günüdür. Bu, bizim xalq kimi sülhpərvər olduğumuzu göstərir”.

E. Babayev deyib ki, daxil olmuş layihələr çox ciddi elmi ekspertizalardan keçib: “Mayın 10-dan iyunun 29-dək müsabiqəyə 9 layihə daxil olub. Onlardan 3-ü texniki ekspertiza mərhələsindən keçməyib. “Şuşa qrantı” müsabiqəsində 5 layihə qalib elan edilib. Qaliblər ən müxtəlif qurumları təmsil edirlər. İki layihə beynəlxalq layihədir. Qalib layihələrin maliyyələşdirilməsinə 170 min manat sərf ediləcək”.

İcraçı direktor qeyd edib ki, bu müsabiqə mütəmadi olaraq keçiriləcək: “Ümid edirik ki, getdikcə daha çox alim bu müsabiqəyə qoşulacaq. Söhbət yalnız Şuşadan getmir, bütövlükdə həm Dağlıq, həm Aran Qarabağın tarixindən tutmuş bitki örtüyünə qədər bütün məsələlər elmi tədqiqatlara cəlb ediləcək və bu tədqiqatlar maliyyələşdiriləcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR