Bank Of Baku

Bakının 20 saylı məktəb - liseyində distant təhsil tətbiq ediləcək

Bakının 20 saylı məktəb - liseyində distant təhsil tətbiq ediləcək
# 21 sentyabr 2012 11:25 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı-APA. Bakının 20 saylı məktəb - liseyində distant təhsilin tətbiqi ilə bağlı işlər görülür. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu məqsədlə 219 saylı orta məktəbin müəllimləri də 20 saylı məktəb – liseydə aparılan işlərə cəlb olunub. Bu layihəyə xarici ölkələrdən də şagirdlər cəlb ediləcək. Şagirdlərin dərs prosesinin idarə edilməsi məqsədi ilə müəllimlər üçün ayrılan Tədris Mərkəzi yüksək sürətli fiberoptik internet bağlantısı ilə təchiz olunacaq. Müxtəlif təlim vasitələri əsasında müəllim, şagird və valideynlər üçün yeni təlimlər keçiriləcək.

Qeyd edək ki, Azərbaycanın Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, formal təhsil qanunvericilikdə müəyyən edilən əyani, qiyabi, distant (məsafədən), sərbəst (eksternat) təhsilalma formaları vasitəsilə həyata keçirilir. Ümumtəhsil pilləsi üzrə bu, ibtidai təhsil səviyyəsində əyani, ümumi və tam orta təhsil səviyyəsində əyani və sərbəst (eksternat) formasında tətbiq edilir. Həmçinin ümumi təhsil pilləsində qanunvericiliyə uyğun təşkil edilən şagirdlərin evdə təhsili və fərdi təhsili də formal təhsil hesab edilir. Evdə təhsil, fərdi təhsil və sağlamlıq imkanları məhdud uşaqların ümumi təhsili əyani və ya distant formada təşkil edilir. Formal təhsil proqramları (kurikulumları) əsasında təşkil olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR