Bank Of Baku

Azərbaycan ərazisindəki palçıq vulkanlarında monitorinqlər aparılacaq

Azərbaycan ərazisindəki palçıq vulkanlarında monitorinqlər aparılacaq
# 21 sentyabr 2012 11:49 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya İnstitutu gələn ay Azərbaycan ərazində yerləşən palçıq vulkanlarında monitorinqlərə başlayacaq. Bu barədə APA-ya Geologiya İnstitutunun palçıq vulkanizmi şöbəsinin əməkdaşı Arif Hüseynov bildirib.

Onun sözlərinə görə, monitorinqlərdə məqsəd palçıq vulkanlarında gedən ümumi geoloji prosesləri müşahidə etməkdir: “İlkin müşahidələrə görə, ölkə ərazisində olan daha 3-4 vulkan püskürməlidir. Bu vulkanlar əsasən Qobustanın şimalında və şimal-şərq tərəfində yerləşir. Lakin həmin vulkanların nə zaman püskürəcəyi dəqiq məlum deyil. Monitorinq zamanı həmin vulkanların aktivlik həddinin nə dərəcədə olduğu da öyrəniləcək”.

A.Hüseynov qeyd edib ki, sentyabrın 20-də püskürən Lökbatan palçıq vulkanında hazırda sabitlikdir: “Vulkanda heç bir aktivlik müşahidə olunmur. Ərazidə müşahidələr davam edəcək. Vulkandakı palçıq tullantılarından götürülən nümunələr araşdırılacaq və bu tullantıların hansı dərinlikdən atıldığı, vulkanın nə qədər sahəni əhatə etdiyi müəyyənləşəcək. İlkin məlumata görə, palçıq təxminən 4 hektar əraziyə yayılıb. Araşdırmalar zamanı vulkanın zəlzələlərlə bağlılığı da öyrəniləcək. Fikrimizcə, vulkanlar zəlzələlərlə əlaqəlidir”.

Qeyd edək ki, dünyada mövcud olan 800-ə qədər palçıq vulkanının 1/3-i Azərbaycan ərazisindədir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR