Bank Of Baku

Lənkəranda əmək yarmarkası keçirilib

Lənkəranda əmək yarmarkası keçirilib
# 21 sentyabr 2012 12:05 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev – APA. Bu gün Lənkəran şəhərində yerli əhalinin məşğulluq səviyyəsinin artırılması məqsədilə növbəti əmək yarmarkası keçirilib.

APA-nnın cənub bürosunun məlumatına görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti və Lənkəran Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən yarmarkaya 29 təşkilatdan 10-u dövlət, 15-i qeyri dövlət, 2-si xarici şirkət və 2-si fiziki şəxs olmaqla 318 boş iş yeri çıxarılıb.

700 nəfər işaxtaranın qatıldığı tədbirin yekununda 108 vətəndaşa yeni iş yerlərinə göndəriş verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR