Bank Of Baku

Milli Məclis “İcbari tibbi sığorta haqqında” qanunun həyata keçirilməsi üçün baş nazirə müraciət edəcək

Milli Məclis “İcbari tibbi sığorta haqqında” qanunun həyata keçirilməsi üçün baş nazirə müraciət edəcək
# 21 sentyabr 2012 13:23 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Milli Məclisin Sosial siyasət komitəsi payız sessiyasının gündəliyini açıqlayıb. APA-nın məlumatına görə, gündəliyə iki qanun layihəsi, həmçinin 3 qanun layihəsinə əlavə və dəyişikliklər edilməsi təklif edilib.

Komitənin bu gün keçirilən iclasında Komitə sədri Hadı Rəcəbli bildirib ki, qanun layihələri reproduktiv sağlamlıq və sosial sifariş haqqındadır. «Ailə məcəlləsi», «Sağlımlığın qorunması haqqında» və «Valideynlərini itirmiş və ya məhrum edilmiş uşaqların hüquqların müdafiəsi haqqında» qanunlara dəyişikliklər nəzərdə tutulur. H.Rəcəbli bildirib ki, komitənin yaz sessiyasında və növbədənkənar sessiyasında 6 iclas keçirilib və 8 məsələ müzakirə olunub. Bu müddət ərzində komitəyə 670 sənəd, o cümlədən vətəndaşlar tərəfindən 610 ərizə daxil olub. Komitə bu ərizələri araşdıraraq müvafiq qurumlara ünvanlayıb.

Deputat Məlahət İbrahimqızı iclasda «İcbari tibbi sığorta haqqında» qanunun həyata keçirilməsinin vacibliyini qeyd edib. Onun sözlərinə görə, bununla bağlı xüsusi agentlik yaradılsa da və həmin təşkilata dövlət vəsaiti ayrılsa da, qanunu icra etmək mümkün deyil: «Biz payız sessiyasında bu istiqamətdə ciddi fəaliyyət göstərməli və qanunun icrasına nail olmalıyıq».

Əhliman Əmiraslanov isə bildirib ki, bu qanunun icrasını mümkün edən model seçilməlidir.

Komitə sədri Hadı Rəcəbli qeyd edib ki, sözügedən qanunun icra olunmamasının səbəbkarları Nazirlər Kabineti və Səhiyyə Nazirliyidir. Onun sözlərinə görə, məsələ ilə bağlı baş nazirə müraciət ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR