Bank Of Baku

ASAIF sədri Xəzər Universitetində görüş keçirib

ASAIF sədri Xəzər Universitetində görüş keçirib
# 22 sentyabr 2012 07:42 (UTC +04:00)
Bakı-APA. Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumunun (ASAIF) Ramin Həkimov Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri və Dünya məktəbinin həmtəsisçisi Hamlet İsaxanlı ilə görüşüb. APA-nın məlumatına görə, görüşdə ASAIF ilə Xəzər Universitetinin gələcəkdəki fəaliyyətləri üçün birlikdə əməkdaşlıq quracaqları və həm xaricdə təhsil alan, həm də yerli universitetlərdə təhsil alan gənclərimizin birlikdə cəlb olunması və iştirakı ilə baş tutacaq layihələrin hazırlanması müzakirə olunub.

Daha sonra Ramin Həkimov Xəzər Universitetinin tələbələri ilə görüş keçirib. Görüşdə ASAIF-in ümumi fəaliyyətindən və gələcəkdə yerli universitetlərdəki tələbələri əhatə edən layihələrdən söz edilib. ASAIF sədri önəmli fəaliyyət istiqamətlərindən biri olaraq bu kimi görüşlərin digər universitetlərlə də keçiriləcəyini qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR