Bank Of Baku

Un məmulatlarında aparılan yoxlamaların nəticələri açıqlanıb

Un məmulatlarında aparılan yoxlamaların nəticələri açıqlanıb
# 22 sentyabr 2012 09:41 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı-APA. Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi ticarət obyektlərində satılan un və çörəkdən götürülmüş nümunələrin müayinələrinin nəticələrini açıqlayıb. Mərkəzin Qidalanma bölməsinin müdiri İmran Abdullayev APA-ya bildirib ki, monitorinq zamanı un və çörəyin təhlükəsizlik göstəriciləri yoxlanılıb. Onun sözlərinə görə, bu məqsədlə 58 çörək və 46 un nümunəsi müayinə edilib: “Müayinələr Bakı, Sumqayıt və Abşerondakı ticarət mərkəzlərində satılan çörək və unlar üzərində aparılıb. Nümunələrin heç birində normalardan kənara çıxma faktları aşkarlanmayıb”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR