Bank Of Baku

Leysan Azərbaycanın bəzi çaylarında sululuğun artmasına səbəb olub

Leysan Azərbaycanın bəzi çaylarında sululuğun artmasına səbəb olub
# 24 sentyabr 2012 09:06 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Ötən gecə Azərbaycan ərazisində yağan intensiv, bəzi yerlərdə leysan xarakterli yağış, bir sıra çaylarda, əsasən, Böyük və Kiçik Qafqaz çaylarında sululuğun artmasına səbəb olub. Bu barədə APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev deyib. Onun sözlərinə görə, artım əsasən Quba-Xaçmaz bölgəsinin ərazisindən axan çaylarda baş verib: “Amma çaylar üçün heç bir təhlükə yaranmayıb, daşqınlar olmayıb. Qudyançayda suyun səviyyəsi 8, Vəlvələçayda 23 santimetr artım qeydə alınıb”.

A. Verdiyev bildirib ki, Kür çayının yuxarı hissəsində, Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 8 santimetr artıb: “Hazırda əsasən, Quba-Xaçmaz, Balakən-Şəki bölgəsinin ərazi çaylarında suyun səviyyəsində artım müşahidə olunub. Böyük Qafqazın və Lənkəran-Astara bölgəsinin çaylarında suyun səviyyəsinin artacağı gözlənilir. Amma bu elə bir təhlükə yaratmayacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR