Bank Of Baku

Bu il Azərbaycanda 48 uşaq bioloji ailələrinin himayəsinə, 8 nəfər isə övladlığa verilib

Bu il Azərbaycanda 48 uşaq bioloji ailələrinin himayəsinə, 8 nəfər isə övladlığa verilib
# 24 sentyabr 2012 12:02 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Təhsil Nazirliyi sistemindəki dövlət uşaq müəssisələrinin fəaliyyətinin “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı (2006-2015-ci illər)” çərçivəsində bu il 48 uşaq bioloji ailələrinin himayəsinə, 8 nəfər isə övladlığa verilib.

Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, uşaqların ailələrə verilməsi ilə bağlı müvafiq normativ-hüquqi bazanın təkmilləşdirilməsinə dair 10 adda sənəd hazırlanıb və təsdiq üçün Nazirlər Kabinetinə təqdim edilib.

Bu il “Himayədar (foster) qayğı və ailə əsaslı xidmətlər üzrə modelin işlənib hazırlanması” layihəsi çərçivəsində daim müəssisədə yaşayan 10 nəfər qız üçün Təhsil Nazirliyi tərəfindən ailə əsaslı kiçik qrup evi tikilərək istifadəyə verilib. Dövlət uşaq müəssisələrində qiymətləndirmə aparılıb və himayədar ailələrə veriləcək 50 nəfər uşaq seçilərək müəyyənləşdirilib. Bu il Dövlət Proqramının tədbirlər planı və dövlət uşaq müəssisələrinin transformasiyası üzrə baş plana uyğun olaraq Nazirlər Kabinetinin qərarı ilə kar uşaqlar üçün iki xüsusi internat məktəb birləşdirilib, onların bazasında sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli respublika xüsusi internat məktəbi yaradılıb. Bununla da Təhsil Nazirliyinin tabeliyindəki dövlət uşaq müəssisələrinin sayı 38-ə enib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR