Bank Of Baku

Azərbaycanda insan haqları problemlərinə həsr olunmuş qısametrajlı filmlər çəkilib - FOTO

Azərbaycanda insan haqları problemlərinə həsr olunmuş qısametrajlı filmlər çəkilib - <font color=red>FOTO</font>
# 25 sentyabr 2012 10:15 (UTC +04:00)
Bakı – APA. Media Hüquqları Mərkəzi (MHM) ABŞ-ın Demokratiyaya Milli Yardım Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi layihə çərçivəsində gənclər arasında Azərbaycanda insan haqları problemlərinə həsr olunmuş qısametrajlı filmlərin çəkilişini başa vurub. APA-nın məlumatına görə, fəaliyyətin gerçəkləşdirilməsində məqsəd gənclərin ölkədə vətəndaşların fundamental təməl haqları problemlərinin məhz gənclər tərəfindən gündəmə gətirilməsi, onların nyu-media vərdişlərinin inkişaf etdirilməsi, intellektual səviyyələrinin artırılması, cəmiyyətə inteqrasiya prosesinə dəstək olmaq olub.

Filmlərin hazırlanmasına universitet tələbələri, gənclər təşkilatlarının təmsilçiləri və aktiv gənclər cəlb olunub. Filmlərdə Azərbaycanda aktual problemlər - söz və ifadə azadlığı, sərbəst toplaşma azadlığı, mülki hüquqlar, siyasi hüquqlar, gənclərin seçim, təhsil hüquqları, sosial hüquqlar və ümumilikdə ölkədəki demokratik proseslərin müxtəlif janrlarla əks olunub.

Filmlərin təqdimat mərasimində Azərbaycandakı səfirliklərin və beynəlxalq təşkilatların nümayəndələri, ekspertlər, vətəndaş cəmiyyətinin tanınmış simaları, gənclər və mətbuat təmsilçiləri iştirak edib. Öncə filmlər nümayiş olunub. Sonra ekspertlər tərəfindən filmlərin dəyərləndirilməsi ilə bağlı təkliflər, rəylər, tövsiyələr, iradlar səsləndirilib. Daha sonra söz filmlərin müəlliflərinə verilib. Gənclər onlara yaradılan imkan və şəraitə görə, MHM-ə minnətdarlıqlarını bildiriblər.

MHM tərəfindən filmlərin müəllifləri Elvin Zeynalov, Cavid Nəbiyev, Zaur Qurbanlı, Nazlı Pəncəliyeva, Aynur Məmmədova, Abbasəli Əliyev, Emil Bağırov, Səadət Abbaslı və Fərid Mikayıl diplomlarla mükafatlandırılıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR