Bank Of Baku

18 saylı orta məktəbdə 3D effektli dərs vəsaitinin tətbiq olunduğu fənn kabineti açılıb - FOTO

18 saylı orta məktəbdə 3D effektli dərs vəsaitinin tətbiq olunduğu fənn kabineti açılıb - <font color=red>FOTO</font>
# 25 sentyabr 2012 10:33 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı-APA. Bu gün Bakının Yasamal rayonundakı 18 saylı orta məktəbdə 3D effektli dərs vəsaitinin tətbiq olunduğu fənn kabinetinin təqdimat mərasimi keçirilib. APA-nın məlumatına görə, təqdimatda çıxış edən məktəbin biologiya müəlliməsi Lalə Qurbanova bildirib ki, bu texnologiyadan zoologiya, botanika və insan fənlərinin tədrisində istifadə ediləcək. Onun sözlərinə görə, kabinetdə VI-IX sinif şagirdləri üçün dərslər keçiriləcək: “3D effektli dərs vəsaitinin tətbiq olunduğu kabinet Azərbaycanda ilk dəfə olaraq bu məktəbdə təşkil edilib. Layihənin əsas məqsədi şagirdlərin tədris prosesinə diqqət və marağını artırmaqdır”. L. Qurbanova gələcəkdə bu cür dərslərin X və XI sinif şagirdləri üçün də keçirilməsi üçün təkliflər hazırlandığını deyib.

Kabinetdə 3D effetli dərs vəsaitindən istifadə zamanı şagirdlər xüsusi eynəklərdən istifadə edir. Eynək ekranda görüntülərin daha canlı təsvirinə imkan yaradır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR