Bank Of Baku

Kiyevdə «BMT-nin gənclər modeli» mövzusunda beynəlxalq forum keçiriləcək

Kiyevdə «BMT-nin gənclər modeli» mövzusunda beynəlxalq forum keçiriləcək
# 25 sentyabr 2012 12:54 (UTC +04:00)
Bakı – APA. Sentyabrın 26-28-də Kiyevdə Ukrayna Ali Radasının, Ümumukrayna Gənclər Assambleyasının və Ukrayna Azərbaycanlı Gənclər Birliyinin birgə təşəbbüsü və BMT-nin Ukrayna nümayəndəliyinin dəstəyi ilə «BMT-nin gənclər modeli» mövzusunda beynəlxalq forum keçiriləcək.

APA-nın xəbərinə görə, forumda Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının Əlaqələndirmə Şurasının sədri Orxan Əkbərov da iştirak edəcək.

Dünyanın 15 ölkəsindən 150-yə yaxın gənclər təşkilatları nümayəndələrinin qatılacağı forumda Ukrayna Ali Radasının üzvləri və Ali Radanın bir neçə komitəsinin sədrləri iştirak edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR