Bank Of Baku

Ombudsman Aparatının nümayəndələri 9 saylı cəzaçəkmə müəssisəsinə başçəkmə həyata keçiriblər

Ombudsman Aparatının nümayəndələri 9 saylı cəzaçəkmə müəssisəsinə başçəkmə həyata keçiriblər
# 25 sentyabr 2012 12:57 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə-APA. Ombudsmanın Milli Preventiv Mexanizm (MPM) Qrupunun üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 9 saylı Cəzaçəkmə Müəssisəsinə uzunmüddətli başçəkmə həyata keçiriblər.

Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, başçəkmə zamanı müəssisənin bütün obyektlərinə baxış keçirilib, saxlanma şəraiti və məhkumlara qarşı rəftar araşdırılıb.

Məlumatda qeyd edilir ki, müəssisədə aparılan son kadr dəyişikliyindən sonra saxlanma şəraiti təkmilləşdirilib. Cəzaçəkmə müəssisəsində qəbul edilmiş 20-dək məhkum saxlanma şəraitindən, müəssisə əməkdaşlarının onlara qarşı rəftarından şikayət etməyib, aparılan islahatları təqdir ediblər. MPM Qrupunun əvvəlki başçəkməsindən sonra müəssisədə yeni hamam tikilib, sanitar qovşaqların sayı 16-dan 40-a çatdırılıb, yataqxanalarda təmir işləri aparılıb, məhkumların asudə vaxtlarını səmərəli keçirmələri üçün lazımi şərait yaradılıb.

Eyni zamanda məhkumların yaxınları ilə əlaqə saxlamaları üçün nəzərdə tutulmuş telefon xəttinin məhkumların sayına nisbətdə az olduğu, müəssisənin tibb-sanitar hissəsində tibb personalının məhkumların sayına adekvat olmadığı müəyyən edilib.

Başçəkmənin nəticələri ilə bağlı Ədliyyə Nazirliyinə müraciət edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR