Azərbaycan ərazisində radon qazının paylanmasına dair yeni xəritə Praqada təqdim olunub
26 sentyabr 2012 08:56 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya İnstitutunda yeni tərtib olunmuş “Azərbaycan ərazisində radonun həcmi aktivliyinin paylanma xəritəsi” Praqada Çexiya Geoloji Tədqiqatlar və Radon Təşkilatının keçirdiyi “Radonun yayılma xəritəsinin tərtibinin geoloji aspektləri” adlı XI Beynəlxalq konfransda təqdim edilib. Geologiya İnstitutunun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, üçgünlük tədbirdə 26 ölkə, o cümlədən ABŞ, Almaniya, Fransa, İtaliya, Rusiya, Yaponiya və digərləri təmsil olunub. Konfransda Geologiya İnstitutunun əməkdaşları – AMEA-nın müxbir üzvü Əkbər Feyzullayev və geologiya-mineralogiya elmləri doktoru professor Çingiz Əliyev elmi məruzələrlə çıxış edib, xəritə ilə əlaqədar aparılmış tədqiqatlardan və əldə olunmuş nəticələrdən danışıblar.
Qeyd edək ki, xəritə Cənubi İsveçrənin Tətbiqi Elmlər Universiteti ilə birgə həyata keçirilmiş “Azərbaycanda radon kadastrının tərtibi, radonun diaqnostikası və səbəb olduğu problemlərin minimuma endirilməsi” adlanan layihə çərçivəsində ərsəyə gəlib və Azərbaycanda radonun paylanmasına dair ilk xəritədir. Üçillik layihə İsveçrənin Milli Elm Fondunun maliyyə dəstəyi ilə icra olunub.
Radon qazı Yer kürəsində geniş yayılıb. O, normadan çox olduqda ağ ciyər xərçəngi törədə bilir və bu, xəstəliyin səbəbləri sırasında siqaretdən sonra ikinci yeri tutur.

Sosial
Hande Harmancı: Xərçəngə qarşı peyvəndin Azərbaycanın milli peyvənd təqviminə salınması istiqamətində işlər görülür
13:50
24 may 2024
Birinci Qarabağ müharibəsində həlak olmuş Vurğun Seyidovun qalıqları Ağsuda dəfn olunub - FOTO
13:44
24 may 2024
Birinci Qarabağ müharibəsində şəhid olan İlqar Rəhimovun qalıqları Göyçayda dəfn olunub - FOTO
13:40
24 may 2024
Milli Məclis Müstəqillik Günü münasibəti ilə Prezident və Birinci xanımı təbrik edib
13:31
24 may 2024