Bank Of Baku

Azərbaycan ərazisində hava küləkli və yağışlı olacaq

Azərbaycan ərazisində hava küləkli və yağışlı olacaq
# 26 sentyabr 2012 10:11 (UTC +04:00)
Şimal-şərq küləyi günün ikinci yarısında şimal-qərb küləyi ilə əvəz olunacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, havanın temperaturu gecə 16-21, gündüz 23-28 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında sentyabrın 27-də gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, günün ikinci yarısında isə şimal rayonlarından başlayaraq şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyinin sürəti saniyədə 5-10 metr olacaq, şimşək çaxanda arabir güclənəcək. Havanın temperaturu gecə 15-20, gündüz 28-33, dağlarda gecə 7-12, gündüz 19-24 dərəcə isti təşkil edəcək.

Respublika ərazisində yağışlı, küləkli hava şəraiti yaxın günlərdə davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR