Bank Of Baku

Respublika Seysmoloji Xidmət Mərkəzində Elmi Texniki Şuranın iclası keçirilib

Respublika Seysmoloji Xidmət Mərkəzində Elmi Texniki Şuranın iclası keçirilib
# 26 sentyabr 2012 10:12 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzində (RSXM) Elmi Texniki Şuranın iclası keçirilib.

Mərkəzin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, RSXM-in baş direktoru Qurban Yetirmişli Şura üzvlərini gündəlikdə olan məsələlərlə tanış edib. İclasda oktyabrın 7-12-də Bakıda AMEA Geologiya İnstitutu və Respublika Seysmoloji Xidmət Mərkəzinin birgə təşkilatçılığı ilə keçiriləcək Azərbaycanda seysmik xidmətin yaranmasının 110 illiyinə həsr olunmuş “Seysmiklik, zəlzələlərin proqnozu, tikililərin zəlzələyə davamlılığı” mövzusunda V Beynəlxalq konfransa hazırlıq işləri ilə bağlı müzakirələr aparılıb.

Qeyd edək ki, Azərbaycanda seysmik xidmətin yaranmasının 110 illiyinə həsr olunmuş “Seysmiklik, zəlzələlərin proqnozu, tikililərin zəlzələyə davamlılığı” mövzusunda V Beynəlxalq konfransda dünyanın 20 ölkəsindən 50-dək seysmoloq alim və mütəxəssislərin iştirakı gözlənilir. Konfransın açılış mərasimində Azərbaycanın hökümət rəsmiləri, ali məktəb rektorları və elm xadimləri iştirak edəcəklər. Dörd gün davam edəcək konfransın təntənəli açılış mərasimi oktyabrın 8-də AMEA-nın əsas binasında keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR