Bank Of Baku

Azərbaycanın səhiyyə sahəsində 600-ə yaxın özəl şirkət fəaliyyət göstərir

Azərbaycanın səhiyyə sahəsində 600-ə yaxın özəl şirkət fəaliyyət göstərir
# 26 sentyabr 2012 10:27 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Azərbaycanın səhiyyə sahəsində 600-ə yaxın özəl şirkət fəaliyyət göstərir. APA-nın məlumatına görə, bunu 18-ci Azərbaycan Beynəlxalq Səhiyyə Sərgisi ilə bağlı keçirilən mətbuat konfransında Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli deyib.

Onun sözlərinə görə, ölkədə böyük klinikalar yaradılır və onlar 5-6 il əvvəl yaradılan klinikalardan çox fərqlənirlər: “Mütəxəssis bazası eynidir, yəni onlarda çalışan mütəxəssislər böyük səhiyyə ailəsinin üzvləridir. Dövlət səhiyyə sahəsində çalışan ən bacarıqlı və ən yaxşı mütəxəssislər özəl səhiyyə sahəsinə dəvət olunurlar. Həmin klinikalar çalışırlar k, yeni texnologiyaların tətbiqi baxımından da dövlət müəssisələrində geri qalmasınlar”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR