Azərbaycan prezidenti MDU-nun Bakı filialının yeni tədris kompleksinin açılışında iştirak edib
Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya gül dəstəsi təqdim edilib. Dövlət başçısı universitetin yeni tədris kompleksinin rəmzi açılışını bildirən lenti kəsib. Lomonosov adına Moskva Dövlət Universitetinin rektoru Viktor Sadovniçi və bu ali təhsil ocağının Bakı filialının rektoru Nərgiz Paşayeva Azərbaycan Prezidentinə və xanımına məlumat veriblər ki, yeni kompleksin tikintisinə 2010-cu ilin iyununda başlanıb. Yeddi korpusun, dörd yataqxananın daxil olduğu tədris kompleksi xüsusi dizaynla yüksək standartlar səviyyəsində, dünyanın tanınmış universitetlərinin təcrübəsinə əsaslanaraq ən son texnoloji nailiyyətlərlə inşa olunub.
Dövlət başçısı və xanımı universitetin beş mərtəbədən ibarət yeni binasının müasir tədris avadanlığı ilə təchiz edilmiş auditoriyalarında, zəngin kitabxanasında, konfrans zalında, yeməkxanasında, tələbə mərkəzində, “13 müdriklər klubu”nda yaradılmış şəraitlə tanış olublar.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva universitetin birinci mərtəbəsində köhnə Bakının və köhnə Moskvanın görüntülərini əks etdirən fotostendlərə baxıblar.
Daha sonra Azərbaycan prezidenti və xanımı universitetin ayrı-ayrı mərtəbələrindəki auditoriyalarda, kompüter zalında yaradılmış şəraitlə tanış olublar, ali təhsil ocağının dördüncü mərtəbəsindən ətrafı seyr ediblər. Beş hektar ərazidə inşa edilmiş kompleksin həyətində geniş yaşıllaşdırma işləri görülüb.
Azərbaycan prezidenti İlham Əliyev mərasimdə çıxış edib. Sonra Moskva Dövlət Universitetinin rektoru Viktor Sadovniçi və bu ali təhsil müəssisəsinin Bakı filialının rektoru Nərgiz Paşayeva çıxış ediblər. Universitetin müəllim-tələbə heyəti dövlətimizin başçısı və xanımı ilə xatirə şəkli çəkdirib.
Daha sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva kompleksin əl oyunları zalı, üzgüçülük hovuzu və trenajor zalında yaradılmış şəraitlə tanış olublar.
Azərbaycan prezidenti yeni kompleksdə yaradılmış şəraitdən razılığını bildirib.
Qeyd edək ki, M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı Azərbaycan prezidentinin 15 yanvar 2008-ci il tarixli sərəncamı ilə yaradılıb.
Sosial
“Ərzaq təminatı xəritəsi” informasiya sistemi haqqında Əsasnamə” təsdiq edilib
Baş prokuror Balakən rayonunda vətəndaşları qəbul edib
Elektron siqaretlərin mülki dövriyyəsi qadağan edilir
SN Bakıda qulaqdibi xəstəliyinin yayılması ilə bağlı məlumatlara aydınlıq gətirib, valideynlərə çağırış edib
Xəbər Lenti
Biləsuvarda 45 yaşlı kişi su kollektoruna düşərək ölüb
Prezident İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul edib
İran ABŞ-la danışıqların gələn həftə keçiriləcəyi ilə bağlı xəbərləri təkzib edib
FHN-in xilasediciləri Balakəndə fərdi yaşayış evində köməksiz vəziyyətdə qalan vətəndaşları xilas edib
Bakıda Kolumbiyanın Milli Günü qeyd olunub- FOTO
Arayik Harutyunyan və digərlərinin şikayətləri üzrə apellyasiya məhkəməsi çıxışlarla davam etdirilib - FOTO
Polşada polis əməkdaşlarına silahlı hücum olub
Goranboyda yol qəzasında 3 nəfər xəsarət alıb
Tramp: İranla danışıqları davam etdirəcəyik, amma atəşkəs bitdi
Hakan Fidan ABŞ-ın sanksiyalarının ləğvi ehtimalından danışıb
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb - YENİLƏNİB
Ermənistanda hərbçinin meyiti çaydan tapılıb
Azərbaycan beynəlxalq axtarışa verilən şəxsləri Özbəkistana təhvil verib
Xocalı və Ağdərədə 34 ildən sonra taxıl biçini aparılır - FOTO
BMT dövlətləri İranın Hörmüz boğazı üzərində suverenlik iddialarını tanımamağa çağırıb
CNN: Qətərli vasitəçilər İran-ABŞ gərginliyini azaltmaq üçün Tehrana gedib
“Ərzaq təminatı xəritəsi” informasiya sistemi haqqında Əsasnamə” təsdiq edilib
Yasamalda evdə partlayışda xəsarət alanlardan daha ikisi ölüb
Zabil Qəhrəmanovun cinayət işi məhkəmə baxışına verilib
İqtisadi Şurada turizmə dair Dövlət Proqramı və dağ-mədən sənayesiylə bağlı müzakirə aparılıb
Bəzi yerlərdə leysan yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
Yanğın 40 dəqiqə çəkir, kredit isə 5 il
Ukrayna Rusiyanın “kölgə donanması”na məxsus daha 12 gəmini vurub
İran ABŞ-ın hücumlarına cavab olaraq İsraili vuracaqları ilə hədələyib
ADY-də son 6 ayda kükürd daşımaları 31% artıb
Bakıda 6 avtobus marşrutu alternativ küçələrə yönləndirilib
“AzerTelecom” və “DE-CIX”in əməkdaşlığı ilə internet mübadiləsi mərkəzi – “AZE-İX” istifadəyə verilir
Bakıda Eqmont Qrupunun 32-ci plenar iclası keçirilib
Bu il kirayə mexanizmi ilə satılan mənzillərin sayı məlum olub
Azərbaycandan tranzit keçməklə Ermənistana propan və gübrə göndərilib - YENİLƏNİB - FOTO
Baş prokuror Balakən rayonunda vətəndaşları qəbul edib
Elektron siqaretlərin mülki dövriyyəsi qadağan edilir
Göygöldə 86 yaşlı qadının meyiti tapılıb
Tbilisidə terrorizmdə ittiham olunan müxalif siyasətçiyə 13 il həbs cəzası verilib
Bakıda yarımstansiyadan 10 min manatlıq oğurluq edilib - VİDEO
Sahibə Qafarova Pİ-nin yüksək səviyyəli dialoqunda çıxış edib
Gələn həftə Parisdə “İstəklilər Koalisiyası”nın toplantısı keçiriləcək
Maliyyə Nazirliyi depozit hərraclarını yenidən bərpa edib
"City Garden Narimanov"da premium mənzillər 36 ayadək faizsiz kredit və 20 ilədək ipoteka imkanı ilə - "Kristal!"
Latviya Konstitusiya Məhkəməsinin sədri Azərbaycana gəlib
DÇ-26: İspaniya millisi Belçika ilə üz-üzə gələcək
SN Bakıda qulaqdibi xəstəliyinin yayılması ilə bağlı məlumatlara aydınlıq gətirib, valideynlərə çağırış edib
Rusiya MN: Son bir həftədə Ukraynanın 5000-ə yaxın dronu vurulub
Peskov Ukraynanın sülh prosesinə meylli olmadığını bildirib