Bank Of Baku

Böyük Britaniya universitetlərinin nümayəndələri Bakı Ali Neft Məktəbində olub

Böyük Britaniya universitetlərinin nümayəndələri Bakı Ali Neft Məktəbində olub
# 27 sentyabr 2012 07:14 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. Böyük Britaniyanın bir sıra universitetlərinin və təhsil mərkəzlərinin nümayəndələri Bakı Ali Neft Məktəbində olaraq burada yaradılan maddi-texniki şərait və tədris prosesi ilə yaxından tanış olublar. Bakı Ali Neft Məktəbinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Kəmalə Paşayevanın APA-ya verdiyi məlumata görə, səfər Böyük Britaniyanın Orta Şərq Assosiasiyasının (Middle East Association) təşkilatçılığı ilə baş tutub.

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov qonaqlara Məktəbin yaranması tarixi barədə məlumat verib və qeyd edib ki, yeni yaradılan ali təhsil ocağı Böyük Britaniyanın Heriot Uatt Universiteti ilə sıx tərəfdaşlıq münasibətləri qurub. O, bu əməkdaşlıq çərçivəsində gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan layihələr haqqında qonaqlara ətraflı məlumat verib.

Britaniyalı qonaqlar qısa vaxt ərzində Bakı Ali Neft Məktəbində yaradılan şəraitdən razı qalaraq, onunla müxtəlif təhsil layihələri çərçivəsində əməkdaşlıq qurmaq niyyətlərini ifadə ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR