“ASAN XİDMƏT” mərkəzləri 9 dövlət qurumunun funksiyalarını yerinə yetirəcək
27 sentyabr 2012 07:46 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Azərbaycanda yaradılması nəzərdə tutulan “ASAN XİDMƏT” mərkəzləri 9 dövlət qurumunun funksiyalarını yerinə yetirəcək.
“APA-Economics”in xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev bildirib.
Onun sözlərinə görə, yeni mərkəzlərin funksiyalarına bura pasport, şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsinin verilməsi, nikahın qeydiyyatı və s. xidmətlər aiddir: “Bu da onu göstərir ki, hökumət bir çox neqativ halların qarşısının alınması üçün vətəndaşlara daha yaxşı şərait yaradır və vətəndaş-dövlət əlaqələrinin sıxlaşmasına, dövlət məmurlarının bürokratiya və süründürməçiliyinin qarşısını almağa çalışır. Fikrimcə, bu sistem çox böyük dəyişikliklərə səbəb olacaq”.
A.Quliyev deyib ki, bu xidmətlər təkcə Bakıda yox, regionlarda da təşkil olunacaq və vətəndaşlar dövlət qurumlarına yox, məhz “ASAN XİDMƏT” mərkəzlərinə müraciət edəcəklər: “Yeni qurumun yaradılması korrupsiyaya qarşı mübarizə çərçivəsində görülən işlərdən biridir və neqativ halların minimuma endirilməsinə kömək edəcək”.

Sosial
Hüququ şəxslərə dair yeni tələb müəyyənləşir
12:55
21 may 2024
Nikahın pozulmasının qeydə alınmasına görə yeni rüsum müəyyənləşir
12:53
21 may 2024
Parlamentdə İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun məlumatı qəbul edilib
12:24
21 may 2024
Birinci Qarabağ müharibəsində itkin düşmüş, 30 il sonra kimliyi müəyyən edilən şəhidin qalıqları Bakıda dəfn olunub - FOTO
12:12
21 may 2024