Bank Of Baku

Azərbaycan meteoroloqları meteohəssas insanlara xəbərdarlıq ediblər

Azərbaycan meteoroloqları meteohəssas insanlara xəbərdarlıq ediblər
# 27 sentyabr 2012 09:43 (UTC +04:00)
Axşama doğru şimal-qərb küləyi mülayimləşəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, havanın temperaturu gecə 17-20, gündüz 22-25 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında sentyabrın 28-də şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir, gündüz qərb rayonlarından başlayaraq yağış tədricən kəsiləcək. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 15-20, gündüz 24-29, dağlarda gecə 7-12, gündüz 16-21 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza əsasən, sentyabrın 27-dən 28-nə keçən gecə Bakı və Abşeron yarımadasında hava şəraitinin qısa müddətə dəyişkənliyini bəzi meteohəssas insanlar hiss etsə də, 28-i gündüz və 29-da xəzridən sonra oksigenlə daha zəngin, təmiz, mülayim payız havası meteohəssas insanlar üçün əlverişlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR