Bank Of Baku

Elsevər Ağayev: “Azərbaycan dilində içlik vərəqəsi olmayan dərmanların idxalının qarşısı alınıb”

Elsevər Ağayev: “Azərbaycan dilində içlik vərəqəsi olmayan dərmanların idxalının qarşısı alınıb”
# 27 sentyabr 2012 09:52 (UTC +04:00)
Lakin satış şəbəkəsində əvvəldən gətirilmiş və içliyi xarici dildə yazılmış müəyyən qədər dərman preparatları var və onların satılıb qurtarmasını gözləyirik”. APA-nın məlumatına görə, bu barədə səhiyyə nazirinin müavini Elsever Ağayev bildirib.

Onun sözlərinə görə, ölkəyə daxil olan bütün preparatlar Azərbaycan dilində içlik vərəqəsi ilə təmin olunurlar: “Dərman qeydiyyatdan keçən zaman təqdim olunan içlik vərəqəsi nazirliyin xüsusi qurumu tərəfindən korrektə edilib təsdiq olunur”.

E. Ağayev deyib ki, əvvəllər Azərbaycanın dərman bazarında bir qədər pərakəndəlik olub: “Dərmanlar ölkəyə qeydiyyatsız yol tapa bilirdi. İndi isə Cinayət Məcəlləsinə ölkəyə qeydiyyatdan keçməyən dərman gətirilməsinə görə maddələr əlavə olunub. Bu da işbazların çanta ilə dərman daşımasının qarşısını alır. Sevinmək lazımdır ki, qeydiyyatdan keçməyən dərman preparatları ölkənin dərman bazarına yol tapa bilmir”.

Nazir müavini əczaçılıq firmalar tərəfindən dərmanların həkimlərə tanıdılması məsələsinə də toxunub: “Bu, yalnız xəstəxanalarda keçirilən qısa iclaslarda həyata keçirilməlidir. Dərmanların tanıdılması sivil şəkildə olmalıdır, hər həkimin qəbuluna getməklə yox. Həkimləri toplandığı bir yerdə şərait yaradılır və yeni dərman tanıdılır. Azərbaycanda 3600-dən artıq dərman qeydiyyatdan keçib və onların tanıdılmasına da şərait yaradılmalıdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR