Bank Of Baku

Azərbaycanda IV Beynəlxalq Avrasiya Arxeologiyası Konfransı keçiriləcək

Azərbaycanda IV Beynəlxalq Avrasiya Arxeologiyası Konfransı keçiriləcək
# 27 sentyabr 2012 12:31 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı - APA. Oktyabrın 1-dən 5-dək Azərbaycanda Mədəniyyət və Turizm Nazirliyi, Miras Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi və Türkiyənin Doqquz Eylül Universitetinin birgə tərəfdaşlığı ilə IV Beynəlxalq Avrasiya Arxeologiyası Konfransı keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, ənənəvi olaraq keçirilən tədbirin builki əsas müzakirə mövzusu Avrasiya regionunda arxeoloji və etnoqrafik turizmin inkişaf perspektivləridir.

Tədbirin açılış mərasimi ölkəmizdə fəaliyyət göstərən diplomatik korpus nümayəndələrinin, yerli və xarici elm və mədəniyyət xadimlərinin, mətbuat nümayəndələrinin iştirakı ilə oktyabrın 2-də Ağsu şəhərində Orta əsr Ağsu şəhər arxeoloji kompleksində baş tutacaq. Beynəlxalq konfransın arxeologiya və etnoqrafiya mövzusunu əhatə elədiyini nəzərə alaraq, açılış mərasimində iştirakçılara ölkəmizin zəngin ənənələrinin və folklor nümunələrinin təqdim edilməsi nəzərdə tutulur. 3-4 oktyabr tarixində beynəlxalq konfrans arxeologiya, etnoqrafiya, qayaüstü təsvirlər və mədəni turizm mövzusunda sessiyalarda işini davam etdirəcək. Bu müddət ərzində ölkəmizə səfər edən xarici nümayəndələr Ağsu, Şamaxı və İsmayıllı rayonlarının ərazilərində yerləşən mədəniyyət və irs nümunələri ilə tanış ola biləcəklər. Tədbir çərçivəsində "Azərbaycanın kərpic memarlığı" adlı rəsm sərgisinin təşkili nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR