Bank Of Baku

Bu il Azərbaycanın 50 şəhər və rayonunda əmək yarmarkaları keçirilib

Bu il Azərbaycanın 50 şəhər və rayonunda əmək yarmarkaları keçirilib
# 27 sentyabr 2012 13:33 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA-Economics. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən bu il Azərbaycanın 50 şəhər və rayonunda əmək yarmarkaları keçirilib.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, yarmarkalarda 669-u özəl sektora məxsus olan 1472 müəssisə tərəfindən 11 877 boş (vakant) iş yeri təqdim edilib. Tədbirlərdə 4 334 nəfər işaxtaran və işsiz vətəndaşa münasib iş yerlərinə göndəriş verilib, 350 nəfər müasir əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı kurslarına, 260 nəfər isə haqqı ödənilən ictimai işlərə cəlb olunmaq üçün qeydiyyata alınıb.

Bu müddətdə “Karyerada ilk addım” devizi altında ölkənin ali təhsil müəssisələrində məzun və tələbələrin əmək bazarına inteqrasiyası məqsədilə keçirilən tədbirlərdə 276 nəfər məzun və tələbə münasib işlərlə təmin olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR