Bank Of Baku

Azərbaycan ərazisində qeyri-sabit hava bu gün davam edəcək

Azərbaycan ərazisində qeyri-sabit hava bu gün davam edəcək
# 28 sentyabr 2012 08:41 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Bu gün ölkə ərazisində hava qeyri-sabit keçəcək. Buna səbəb Rusiyanın cənubundan hərəkət edən soyuq atmosfer cəbhəsinin ölkə ərazisinə keçməsidir. Bu barədə APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva bildirib. Onun sözlərinə görə, bəzi rayonlarda gecə və səhər saatlarında intensiv yağış yağıb, şimşək çaxıb. Ölkə ərazisində düşən yağıntının miqdarı 11 millimetrdən 16 millimetrədək qeydə alınıb: “Şimşək adətən hava kütləsinin ölkə ərazisinə yaxınlaşması zamanı baş verə bilir. Artıq bu gün ərzində şimşək gözlənilmir. Əvvəlcədən xəbər verildiyi kimi, belə dəyişkən hava şəraiti qısa müddətli olacaq. Artıq sabahdan ölkə ərazisi nisbətən yüksək atmosfer təzyiqi sahəsi altında olacaq. Buna görə də artıq yağıntılar kəsiləcək, havanın temperaturu iqlim normasında olacaq”.

U. Tağıyeva deyib ki, sabah Bakı və Abşeron yarımadasında 25-28, Aran rayonlarında 25-32, dağlıq rayonlarda 20-24 dərəcə isti olacaq: “Yaxın iki gün ərzində yağıntı gözlənilmir. Yalnız bəzi dağlıq və dağətəyi rayonlarda gecə və səhər saatlarında zəif duman və zəif çiskin müşahidə olunacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR