Bank Of Baku

Böyük Qafqazın bəzi çaylarında suyun səviyyəsi bir qədər artıb

Böyük Qafqazın bəzi çaylarında suyun səviyyəsi bir qədər artıb
# 28 sentyabr 2012 09:22 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı-APA. Azərbaycan ərazisinə yağan yağışlarla əlaqədar olaraq Böyük Qafqazın bəzi çaylarında suyun səviyyəsi bir qədər artıb. Bu barədə APA-ya ETSN-in Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev deyib. Onun sözlərinə görə, həmin çaylarda 6 santimetr artım qeydə alınıb. Ölkə ərazisindəki digər çaylarda isə mühüm dəyişiklik olmayıb: “Yağışlar əsasən, Mərkəzi Aran rayonlarında, Zaqatala və Daşkəsəndə müşahidə olunub. Yağışlar bəzi yerlərdə leysan xarakterli olub. Ona görə də, sululuqda cüzi artımlar Böyük Qafqazın çaylarında müşahidə edilib. Yaxın günlər ərzində ölkədə hava şəraitinin dəyişkən buludlu və yağmursuz keçəcəyi ilə əlaqədar çaylarda sululuğun nisbətən azalacağı gözlənilir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR