Bank Of Baku

Gənclər və İdman Nazirliyində Afrika ölkələri gəncləri ilə görüş keçirilib

Gənclər və İdman Nazirliyində Afrika ölkələri gəncləri ilə görüş keçirilib
# 28 sentyabr 2012 10:14 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Gənclər və İdman Nazirliyində Afrika İttifaqının gənclərdən ibarət nümayəndə heyəti ilə görüş keçirilib. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, nazir müavini İntiqam Babayev afrikalı gənclərə dövlət gənclər siyasəti barədə məlumat verərək deyib ki, Azərbaycan bütün ölkələrlə, o cümlədən də Afrika dövlətlərinin müvafiq qurumları ilə əməkdaşlıq etməyə hazırdır. Azərbaycanın hələlik Afrika qitəsi ölkələrindən yalnız Misirlə gənclər siyasəti sahəsində ikitərəfli əməkdaşlıq sazişi var.

Qonaqlar isə qeyd ediblər ki, qısa müddətdə Azərbaycanla, Bakı və Gəncə şəhərləri ilə tanış olmaq imkanı qazanıblar. Azərbaycana gələnədək buranı inkişaf eləməyən, aqrar ölkə kimi təsəvvür etdiklərini deyən qonaqlar təsəvvürlərinin dəyişdiyini bildiriblər.

Görüşün sonunda qonaqlara Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan həqiqətlərini əks etdirən təbliğat vasitələri, kitablar təqdim edilib.

Qeyd edək ki, sentyabrın 23-dən Azərbaycanda səfərdə olan afrikalı gənclər sabah vətənlərinə qayıdacaqlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR