Bank Of Baku

Çin İnsan Resursları və Sosial Müdafiə Nazirliyinin nümayəndə heyəti Azərbaycana gəlib - FOTO

Çin İnsan Resursları və Sosial Müdafiə Nazirliyinin nümayəndə heyəti Azərbaycana gəlib - <font color=red>FOTO</font>
# 28 sentyabr 2012 13:43 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın dəvəti ilə Çin Xalq Respublikasının İnsan resursları və sosial müdafiə nazirinin müavini Yan Şitzunun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir. Komissiyanın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, səfərdə məqsəd Azərbaycan dövlət qulluğu sistemi ilə yaxından tanış olmaq, habelə dövlət qulluğuna qəbul sahəsində Azərbaycan təcrübəsini öyrənməkdən ibarətdir.

Qonaqlarla görüşən Komissiyanın sədri Bəhram Xəlilov iki ölkə arasında olan əlaqələrin yüksək səviyyədə olduğunu, Çinin bütün mötəbər tədbirlərdə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını vurğulayıb. Komissiyanın beynəlxalq əlaqələrində Çin Xalq Respublikasının İnsan Resursları və Sosial Müdafiə Nazirliyinin öncül yerlərdən birini tutduğunu bildirən B.Xəlilov qarşılıqlı səfərlərin bu əlaqələrin daha da dərinləşməsinə xidmət edəcəyinə əmin olduğunu bildirib və qeyd edib ki, dövlət qulluğuna müsabiqə vasitəsilə qəbul ilk dəfə məhz Çində həyata keçirilib.

Yan Şitzu isə qeyd edib ki, iki qurum arasında sıx münasibətlərin yaranması B. Xəlilovun rəhbərlik etdiyi nümayəndə heyətinin Çinə etdiyi səfərinin nəticəsidir. O, Azərbaycanın dövlət qulluğuna qəbul sahəsində təcrübəsinin öyrənilməsinin zəruriliyini vurğulayıb. Görüşdə Çin Xalq Respublikasının Azərbaycandakı səfiri Hong Jiuyin da iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR