Bank Of Baku

Əlikram Əliyev: “Sevinc Babayevanın oktyabrın 18-də başa çatacaq müqaviləsi yenilənməyəcək”

Əlikram Əliyev: “Sevinc Babayevanın oktyabrın 18-də başa çatacaq	 müqaviləsi yenilənməyəcək”
# 28 sentyabr 2012 15:15 (UTC +04:00)
Onun işə çıxmaması artıq aktlaşdırılıb. Onun xəstə olması barədə də hələlik heç bir təqdimat yoxdur. Biz onunla qanun çərçivəsində rəftar edəcəyik. Biz müəssisəni başsız qoya bilmərik. Araşdırma nəticəsində məlum olsa ki, o xəstə deyil, sadəcə işə çıxmır, biz adekvat qərar qəbul edəcəyik”.

Bu sözləri APA-ya açıqlamasında Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Əlikram Əliyev Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevlə deputat Gülər Əhmədovanın birgə videosunda yer almış M. Ə. Sabir adına kitabxananın direktoru Sevinc Babayeva barəsində deyib.

Ə. Əliyev bildirib ki, S.Babayeva bu ilin iyul ayında fəaliyyətindəki nöqsanlara görə töhmətləndirilib və onunla növbəti il üçün müqavilə bağlanması nəzərdə tutulmur: “Hanısa problemi varsa, bizə söyləsin. Əlbəttə ki, töhməti olan bir işçinin müqaviləsi yenilənə bilməz. İşində dönüş yaratmaqdansa, heç bir şey etməyib. Sevinc Babayevanın Sabir adına Kitabxana direktoru vəzifəsində çalışması üçün bizimlə bağladığı müqavilə oktyabrın 18-də başa çatacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR