Bank Of Baku

“Xəzər həftəsi” ilə əlaqədar iməcilik keçirilib

“Xəzər həftəsi” ilə əlaqədar iməcilik keçirilib
# 29 sentyabr 2012 08:30 (UTC +04:00)
Bakı – APA. “Beynəlxalq Dəniz Günü” ərəfəsində Azərbaycanda “Xəzər həftəsi”nin qeyd olunması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən hazırlanmış müvafiq tədbirlər planına uyğun olaraq sentyabrın 29-da Şıx çimərliyinin sahil zolağında iməcilik təşkil olunub.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iməcilikdə ETSN-in əməkdaşları ilə birgə bələdiyyə, ictimaiyyət nümayəndələri də iştirak edib və Şıx çimərliyinin sahil zolağında 10 hektar ərazi 10 m3-dən artıq bərk məişət və digər növ tullantılardan təmizlənib.

Qeyd edək ki, “Xəzər həftəsi” çərçivəsində ETSN tərəfindən keçirilmiş tədbirlər dənizin ekoloji cəhətdən saflığının və davamlılığının qorunmasına, sərvətlərinin mühafizə olunmasına, eyni zamanda ictimaiyyətin maarifləndirilməsinə yönəlib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR